Azərbaycan Rusiya üçün xüsusi tərəfdaşdır və dünya iqtisadiyyatındakı çətin vəziyyət iki ölkə arasında ticari-iqtisadi əlaqələrə təsir etmədi. Trend-in məlumatına görə, bunu Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bazar ertəsi Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.
İ. Slyunyayev bildirib: “Əsası iki ölkə prezidenti tərəfindən qoyulmuş bu forum dəstək qazandı və regionlarası əlaqələrin inkişafı üçün yaxşı stimula çevrilir”.
Nazir qeyd edib ki, iki ölkənin 500-dən artıq şirkəti ikitərəfli əməkdaşlıqda iştirak edir: “Rusiyanın 75 subyekti Azərbaycanla fəal əməkdaşlıq edir”.
Onun sözlərinə görə, regionlararası əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin vacib elementidir: “İki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişaf strategiyasını hazırlamaq lazımdır”.