Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Şuşa şəhərini işğal etməsindən 17 il ötür

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Şuşa şəhərini işğal etməsindən 17 il ötür. Düşmən bölmələri bir neçə gün davam edən hücumlardan sonra 1992-ci il mayın 8-də Şuşanı işğal edib. 289 kv/km ərazisi olan Şuşanın işğalı zamanı 480 nəfər günahsız insan qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 68-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, 25 minə yaxın insan məcburi köçkünə çevrilib.

Ermənilər Şuşada 279 mədəni, tarixi və dini abidəni, 2 sanatoriyanı, 70 yerlik turist bazasını, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıb, talan edib, erməniləşdiriblər.

Şuşa Dövlət Dram Teatrı, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın ev muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, məşhur Gövhar Ağa və daha bir neçə məscid hazırda işğal altındadır.

APA

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO