Cari ilin 14-15 may tarixlərində nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasına rəsmi səfərə yola düşüb.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı nazir Elmar Məmmədyarovun Finlandiya Respublikasının Prezidenti Sauli Niinisto, həmkarı Erkki Tuomioya ilə və bir sıra digər ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.