Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə 5-6 may tarixlərində Vyana şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak etmək üçün Avstriyaya yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyada Avropa Şurası Nazirlər Komitəsinin sədrliyi Avstriyadan Azərbaycana keçəcək.
Sessiya çərçivəsində E.Məmmədyarovun çıxışları və ikitərəfli görüşləri nəzərdə tutulub.