Seçki məntəqələri açıldı

Bu gün Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilir.

Lent.az-ın müxbirlərinin verdiyi məlumata görə, səhər saat 08.00-da seçki məntəqələri açılıb. Səsvermə saat 19.00-dək davam edəcək.

Seçkini təşkil edən Mərkəzi Seçki Komissiyası (MSK) seçici aktivliyilə bağlı gün ərzində 5 dəfə – saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat açıqlayacaq. Seçkinin ilkin nəticələrinin isə seçki başa çatdıqdan təxminən 3-4 saat sonra açıqlanacağı gözlənilir.

Seçici siyahılarındakı seçicilərin sayı 4 897 966-dır.

Azərbaycanın hüdudlarından kənarda səs verəcək seçici siyahısında isə 10 mindən çox seçicinin adı var.

Azərbaycan seçiciləri 125 dairə seçki komissiyasını əhatə edən 5367 seçki məntəqəsində səs verəcək. Seçki məntəqələrindən 35-i Azərbaycanın hüdudlarından kənardadır.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifətdən olan referendum üzrə təşviqat qrupları referendumu aktiv şəkildə boykot etdiyini açıqlayıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ikinci dəfədir keçirilir. İlk analoji proses 2001-ci ildə keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO