Türkiyənin hədəflərindən biri də Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsidir. Bü sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən gecə Türkiyənin NTV telekanalına verdiyi açıqlamasında bildirib.
Davudoğlu deyib: “Türkiyənin hədəflərindən biri də Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi və bununla yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasıdır”.
Onun sözlərinə görə, bu hədəflər bir-birinə paraleldir.