Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə E.Məmmədyarov jurnalistlərə bildirib.
Nazir bildirib: “Dünən Moskvada ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov ilə görüşdüm. Biz münaqişənin həlli üzrə növbəti addımları müzakirə etdik”.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbul edilməz olduğunu və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini bir daha vurğulayıb.