MSK nəzdindəki mətbuat qrupunun iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində mətbuat qrupunun iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadənin vaxtından əvvəl təbliğat-təşviqat kampaniyasına başlaması ilə bağlı müraciəti yenidən müzakirə edilib. Qrupun rəhbəri Azər Tağıyev bildirib ki, həqiqətən də İ. Ağazadə vaxtından əvvəl təbliğata başlayıb: “Amma biz istəmirik ki, sərt tədbirlər görülsün. Məsələyə bir qədər loyal yanaşılmasına tərəfdarıq”.
A.Tağıyev sadəcə Ümid Partiyasına qanunun tələblərinə əməl edilməsinin tapşırılması barədə qərar qəbul olunmasını təklif edib. Təklif müzakirələrdən sonra qəbul edilib. İclasda Ümid Partiyasının YAP-ın sentyabrın 17-də keçirdiyi mitinqdə dövlət rəsmilərinin iştirakı ilə bağlı müraciətinə də baxılıb. A. Tağıyev bildirib ki, müraciətdə adı çəkilən dövlət rəsmiləri, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Prezident Aparatının şöbə müdiri Əli Həsənov həm də YAP üzvüdür: “Digər tərəfdən onlar aksiyada çıxış edərək hər hansı çağırış səsləndirməyiblər. Sadəcə, aksiyanı müşahidə edib, dinləyiblər. Dinləmək hüququnu heç kimə qadağan etmək olmaz”. Qrup partiyanın müraciətini əsassız sayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO