MDB Müşahidə qrupu martın 17-də Bakıya gələcək

Qrupa Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədr müavini Svetlana Orlova rəhbərlik edir

Azərbaycan Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun monitorinqində iştirak etmək üçün MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasından (PAA) olan Beynəlxalq Müşahidə qrupunun üzvləri martın 17-də ölkəmizə gələcəklər. Bu barədə Lent.az-a MDB PAA üzv dövlətlərinin demokratiyanın, parlamentarizmin və insan hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialından məlumat verilib.

Referendumun keçirilməsinin monitorinqi üçün MDB PAA–dan olan müşahidəçi qrupuna Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurasının sədr müavini Orlova Svetlana Yuriyevna rəhbərlik edir. Qrupun tərkibinə MDB PAA üzv dövlətlərinin ali qanunverici hakimiyyət orqanlarının deputatları daxildir.

MDB PAA – dan olan beynəlxalq müşahidəçilərin uğurlu işinin təmin olunması üçün MDB PAA üzv dövlətlərinin Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun, həmçinin bu İnstitutun Bakıda yerləşən və uzunmüddətli müşahidə missiyasını yerinə – yetirən DİMBİ–nin Bakı Filialının ekspertləri fəaliyyət göstəriblər.

Müşahidəçilər paytaxt Bakı şəhəri və Azərbaycanın regionlarında müşahidə aparacaqlar. Müşahidə qrupunun yekun rəyi referendum keçirilən günün səhəri martın 19-da ictimaiyyətə açıqlanacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO