Seçicilərlə görüş üçün ayrılmış yerlərin siyahısı MSK-nın rəsmi saytında yerləşdirilib

Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası zamanı seçicilərlə görüş üçün respublika üzrə ayrılmış yerlərin siyahısını rəsmi saytında yerləşdirib.

APA-nın məlumatına görə, bütün seçki dairələrinin ərazisində görüşlər üçün qapalı və açıq yerlər müəyyənləşib.

Bakının üzrə Binəqədi rayonunda Rəsulzadə qəsəbə Mədəniyyət evinin həyəti, Nərimanov rayonunda “Cıdır”ın (Hippodrom) qarşısındakı meydan, Nəsimi rayonunda “Maşzavod” ASC-nin həyəti, Nizami rayonunda Keşlə qəsəbəsindəki park, Xətai rayonunda Əhmədli qəsəbəsindəki açıq meydan, Səbail rayonunda “20-ci Sahə”dəki “Vətən” bağı, Suraxanı rayonunda “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin qarşısında meydan, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi İ. Qayıbov adına stadion, Yasamal rayonunda Veteranlar parkı, Qaradağ rayonunda Lökbatan qəsəbəsi “Nur” kafesinin qarşısında meydan, Əzizbəyov rayonunda isə Əzizbəyov adına Mədəniyyət evinin qarşısında meydan nəzərdə tutulub.

Respublikanın rayonlarda isə aksiyalar üçün ayrılmış yerlərin əksəriyyəti şəhər stadionları, görüşlər üçün nəzərdə tutulan yerlərin əksəriyyəti isə Mədəniyyət evləridir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq kütləvi aksiyalar üçün paytaxtda yerlər ayırıb. Şəhər rəhbərliyinin ayırdığı yerlər MSK-nın ayırdığı yerlərdən fərqlidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO