İşə başladığı dövrdən (2006-cı il) 2014-cü il martın 1-dək Azərbaycanın cənub bölgəsinin fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayan “Astara” elektrik stansiyası 2,6 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Bu barədə Trend-ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, stansiya bu ilin yanvar-fevral aylarında 43,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən il bu rəqəm 259,1 milyon kilovat-saat olub.
Qeyd edək ki, “Astara” elektrik stansiyasının ümumi gücü 87 MVt təşkil edir.