Novruz Məmmədov: Erməni lobbisi beynəxlalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı qara-piarla məşğul olur

Müstəqilliyin ilk illərində Azərbaycanın apardığı siyasət ölkənin beynəlxalq aləmdə mövqeyini dəyişdirdi. Azərbaycan beynəlxalq aləmdə öz nüfuzu ilə tanınan ölkəyə çevrildi. Azərbaycanın 23 illik müstəqillik, inkişaf yolu var. Bu inkişafı hər kəs çox yaxşı bilir. Lakin həm daxildə, həm də xaricdə bəzi qüvvələr bu nailiyyətləri görmək istəmir, bəzi insanlar şişirdərək qarışqadan fil düzəltməyə çalışırlar.

Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda keçirilən beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib.

PA rəsmisi bildirib ki, dünyada Azərbaycana qarşı erməni lobbisi fəaliyyət göstərir: “Onların təsir dairəsində olan bəzi siyasətçilər, mətbu orqanlar, ictimai qurumlar, Azərbaycana qarşı kampaniyalar aparırlar. Azərbaycan reallıqlarını tətbiq etmək üçün uydumalar, düzgün olamyan məlumatlar, yayırlar, yalanlar, böhtanlar yazırlar. Beynəxlalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı qara-piarla məşğul olurlar. Azərbaycan haqlı mübarizəsinndə bir övladı kimi sizin üzərinə mühüm vəzifə düşür”.

N.Məmmədovun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların sayı günü-gündən artır: “Hazırda bu say 100-ə yaxındır. Həmvətənlərimiz keyfiyyət baıxmından da gücləni. Təşkilatlar daxilində daha yüksək vəzifələrə iləli çəkilirlər. Bu gün beynəxlalq təşkilatlarda çalışanların ilk toplantısı keçirilir. Yaxşı olardı ki, beynəlxalq təşkilatlarda çalışanların toplantısı ənənəvi hal alsın. Hər bir-birinizlə, həm də Azərbaycanda təsisat və qurumlarla əlaqələr, əməkdaşlıq daha da genişlənsin. Bunun üçün hər hansı bir forma yaradıla bilərik. Hər biriniz olduğunuz ölkədə, işlədiyiniz təşkilatda Azərbaycan xalqının bir nümayəndəsi, səfirisiniz. Bu nöqteyi-nəzərdən bir azərbaycanlı kimi sizin də üzərinizə məsuliyyətli iş düşür”.

PA rəsmisi deyib ki, bu gün Azərbaycanın 57 ölkəsində səfirliyi, 10 ölkədə baş konsulluğu fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 50-dən çox dövlətin səfirliyi, 3 ölkənin baş konsulluğu fəaliyyət göstərir. Dünyanın həm 20-dən çox Azərbaycanın təşkilatları, həm də Azərbaycanda 20-dən çox təşkilatın nümayəndəliyi fəaliyyət göstərir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO