Ərdoğan Krım tatarlarının lideri ilə görüşüb

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Krımoğlunu qəbul edib.

Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Krımdakı son vəziyyət müzakirə olunub, M.Ə.Krımoğlu muxtar respublikadakı son hadisələr barədə Baş nazirə məlumat verib.

R.T.Ərdoğan yaşanan hadisələrdən və artan gərginlikdən narahat olduğunu deyərək, Krımda qarşıdurma olmaması və Krım tatarlarının zərər görməməsi üçün Türkiyənin böyük səy göstərdiyini vurğulayıb.

Baş nazir Türkiyənin Ukraynanın müstəqilliyinin, ərazi bütövlüyünün və siyasi birliyinin qorunması üçün sıx diplomatik fəaliyyət göstərdiyini deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO