Müxalifətinin bir hissəsinin seçkilərin səmərəliliyini azaltmaq üçün boykot taktikasına əl atması yekun nəticəyə təsir etməyəcək, – bunu Trend News -a boykotda iştirak etməyən Ümid müxalifət partiyasının sədri İqbal Ağazadə bildirib.
Boykotda beş partiya iştirak edir. “Azadlıq” blokuna daxil olan Xalq Cəbhəsi partiyası, Liberal, Vətəndaş və İnkişaf, Müsavat partiyaları, “Azərbaycan Naminə” İctimai Forum oktyabrın 15 – də keçiriləcək prezident seçkisini tanımamaq barədə birgə bəyanat imzalayıblar.
Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyevin sözlərinə görə, seçkiləri boykot etmək qərarına gələn partiyalar hökumətin müxalifətin jurnal, mətbuat səhifələrində azad fikirlərini ifadə etmək, elektron KİV səhifələrinə çıxışın təmin edilməsi kimi müraciətlərinə baxmaması ilə əlaqədar, belə qərar qəbul ediblər.
“Bu gün müxalifət əlində olan pis variantlar arasından ən yaxşısını seçib”, – Əliyev Trend News -a bildirib.
Müxalifətin seçkiləri boykot etməsi seçkilərdə iştirak etməli olan seçicilərin məcburi minimal sayının müəyyən edildiyi ölkələrdə səmərəlidir, -Ümid müxalifət partiyasının sədri, Milli Məclisin deputatı Ağazadə hesb edir.- Azərbaycanın hazırki Seçki Məcəlləsində belə anlayış yoxdur.
Seçkilər üzrə amerikalı ekspert Bert Rokmanın (Bert A. Rockman) rəyinə görə, çox şey bir sıra amillərdən və xalqın hakimiyyəti necə qəbul etməsindən asılıdır.
“Nəticədə, boykot Cənubi Koreya və Tayvanda, qismən də Sinqapurda liberallaşma üçün nəticə etibarilə səmərəli olub”, – Padui Univeristetinin (ABŞ) siyasi elmlər professoru Rokman elektron poçtla Trend News-a bildirib.
Seçkilərə gələcək insanların sayı əhəmiyyət kəsb etmir, – Ağazadə bildirib. Onun rəyinə görə, bu seçkilərin demokratik keçirilməsi haqqında da məsələ qaldırmır.
Siyasi partiyalar ölkənin böyük çəkiyə malik demoqrafik təbəqələri və ya çox sayda etnik azlığı təmsil edirlərsə, müxalifətin boykotu səmərəli ola bilər, – amerikalı politoloq Arnold Şober (Arnold Shober) hesab edir. Bu halda,- Şober hesab edir, – hökumət müxalifətin etirazını nəzərdən keçirə bilər. Belə ki, kütləvi boykotlar vətəndaş iğtişaşlarının yaranmasına bilavasitə təhdid daşıyırlar.
Boykot yalnız liderlərin alternativə malik olmadıqları və təsir nöqtələrinin olmadığı halda uğurlu ola bilər, -Rokman bildirib.