Artur Rasizadə Milli Məclisdə hökumətin gördüyü işlərə dair hesabat verib

Hazırda patrlamentin iclasında baş nazirin məruzəsi dinlənilir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Milli Məclisdə hesabat verir.

Trend xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyətinə dair illik hesabatı dinlənilir.

Baş nazir bildirib ki, hesabatda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilib.

İclası açıq elan edən və Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatı barədə məlumat verən spiker Oqtay Əsədov bildirib ki, parlament üzvləri hesabatla ətraflı tanış olublar.

MM sədri qeyd edib ki, iqtisadiyyatımız keçən ildə də xarici təsirlərə qarşı rəqabət qabiliyyətini qoruyub saxlaya bilib: “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlə davam edir. Ölkə iqtisadiyyatında il ərzində əldə edilən ən uğurlu nəticə ÜDM istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə isə bu göstərici 2,1 faizdir. Eyni zamanda Azərbaycanda 2012-ci ildə inflasiya birrəqəmli səviyyədə saxlanılıb. Digər ən önəmli fakt isə istehlakımızın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz artaraq 56,6 faiz olub”.

Spiker onu da qeyd edib ki, bu il ərzində Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatıb: “Ölkədə həyata keçirilən pul kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 21 faiz artaraq 14, 1 milyard həcmə çatıb. İl ərzində manatın məzənnəsi öz sabitliyini qoruyub saxlaya bilib. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatları ÜDM-yə nisbətinə görə Azərbaycan dünyanın 20 ölkələri arasındadır. Ölkə üzrə 22 milyard manat, yəni 28 milyard dollar sərmayə qoyulub. Bunun da 62 faizdən çoxu daxili mənbələr hesabına başa gəlib. Bununla yanaşı, işçilərin orta əmək haqqı 423 manata çatdırılıb. Yoxsulluq səviyyəsi ilin yekununa qədər 5,3 faiz təşkil edib”.

MM sədri qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb.

Daha sonra söz Baş nazir Artur Rasizadəyə verilib.

İclasda hökumət üzvləri də iştirak edirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO