Cəbhə xəttindəki hərbi hissələrdə mobil telefonların istifadəsinə məhdudiyyət qoyulub

Cəbhə xəttində yerləşən hərbi hissələrdə zabit və gizirlərin mobil telefonlardan istifadəsinə məhdudiyyət qoyulub. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bu məhdudiyyət məlum səbəblərdən düşmənlə üz-üzə dayanan həmin hərbi hissələrdə məxfiliyi qorumaq məqsədilə qoyulub.

Müdafiə Nazirliyinin cəbhə xəttindən kənar digər təsisatlarına gəlincə, xidmətin rəisi qeyd edib ki, bununla bağlı hər hansı qadağa və məhdudiyyət yoxdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO