Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda yeni təyin olunmuş layihə əlaqələndiricisi Ələsgər Şahtaxtinskini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Ə.Şahtaxtinskini yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.
Görüş əsnasında Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.