Azərbaycan-Gürcüstan-Türkiyə enerji mübadiləsi sistemi yaradılır

3 ölkə arasında elektrik enerjisi tədarüklərini nəzərdə tutan Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi bu il işə salınacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev deyib.

Onun sözlərinə görə, Mingəçevirdən Gürcüstan sərhədinədək və Gürcüstanda elektrik ötürücü xətlər artıq tam hazırlıq vəziyyətinə gətirilib: “Gürcüstan-Türkiyə sərhədində işlər aparılır. Fikrimcə, yaxın vaxtlarda bu xətt işə salınacaq”.

Azərbaycanda elektrik enerjisinin qiymətinin artması məsələsinə gəlincə, E.Pirverdiyev qeyd edib ki, “Azərenerji” tərəfindən Tarif Şurasına müraciət daxil olmayıb.

Enerji körpüsü layihəsi Türkiyəyə 1 200 meqavat elektrik enerjisinin tədarükünü nəzərdə tutur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO