Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel (Estoniya) və Yevgeniya Jivkova (Bolqarıstan) aprelin əvvəlində Bakıya gələcəklər.
Bu barədə APA-ya eksklüziv açıqlamasında A.Herkel bildirib. Həmməruzəçinin sözlərinə görə, səfər zamanı müvafiq dövlət və qeyri-dövlət təmsilçiləri ilə görüşlər keçiriləcək, monitorinq altında olan bütün məsələlər müzakirə olunacaq, geniş hesabat hazırlanaraq, AŞ PA-ya təqdim olunacaq.
A.Herkel Azərbaycanın bir neçə regionuna səfər etməyi planlaşdırdıqlarını da deyib. Azərbaycanla bağlı məsələnin AŞ PA Monitorinq Komitəsinin iclasında müzakirə olunub-olunmayacağına dair sualı cavablandıran A. Herkel iclasın martın sonunda İspaniyanın Valensiya şəhərində keçiriləcəyini xatırladıb: “İclas bizim Azərbaycana səfərimizdən əvvələ təsadüf etdiyindən ola bilsin ki, mən onun işində heç iştirak etmədim”.