Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı səfir Mixail Zurabovu bu ölkədə vəziyyətin gərginləşməsi ilə əlaqədar Moskvaya məsləhətləşmələrə çağırıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Nazirliyin yaydığı məlumatda qeyd olunur: “Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq və mürəkkəb situasiyanın hərtərəfli təhlili üçün Rusiya Federasiyasının Ukraynadakı səfiri M.Y.Zurabovun Moskvaya məsləhətləşmələrə çağırılması barədə qərar qəbul olunub”.