Azərbaycan-Türkiyə Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 25-dən 28-dək Odessa şəhərində (Ukrayna) “Sea Breeze-2014” təliminin yekun planlaşdırma konfransı və Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, fevralın 26-dən 28-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan-Türkiyə Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO