İsrail hərbçilərinin Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücumu nəticəsində yaranmış böhrandan sonra, Türkiyə-İsrail münasibətləri normallaşacağına ümid verir. Bu barədə Trend TRT telekanalının saytına istinadən məlumat verir.
Kompensasiyaların ödənilməsi üzrə İsrail ilə danışıqlarda nəticə əldə olunacağı barədə xəbər diplomatik dairələrdə canlanma yaradıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, İsraillə danışıqlar davam edir və bildirib ki, onların nəticələri yaxın günlərdə məlum olacaq.