Birgə İşçi Qrupunun “Qaynar xətt ” və “Hüquqi məsləhət mərkəzi ” xidmətləri

Birgə İşçi Qrupunnun “Qaynar Xətt” və “Hüquqi Məsləhət Mərkəzi” xidmətləri 08 may 2008-ci il tarixdən yaradılmışdır. Bu xidmətlər yaradıldıqdan sonra bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə müxtəlif istiqamətlərdə işlər aparılmışdır. Belə ki, xidmətlər barədə 13 000 ədəd reklam bukletləri hazırlanaraq bütün ölkə ərazisi üzrə vətəndaşlara paylanmış, xidmətlərlə bağlı elanlar 8 ay ərzində davamlı Yeni Musavat və Olaylar qəzetlərində dərc edilmiş, metropoliten vaqonlarında və avtobus dayanacaqlarında yerləşdirilmişdir.

“Qaynar Xətt” xidməti çərçivəsində hüquq pozuntuları ilə bağlı ərizə və şikayətlər qəbul edidikdən sonra ilkin olaraq Qrupun hüquqşunas-ekspertləri tərəfindən baxılır və hüquq pozuntusu müəyyən olunduğu halda vətəndaşın hüquqlarının bərpa edilməsi istiqamətində işlər aparılır. İşlə bağlı müsbət nəticə əldə edilənədək proses nəzarətdə saxlanılır. “Hüquqi Məsləhət Mərkəzi” xidməti çərçivəsində hüquqi məsləhətə ehtiyyacı olan vətəndaşlar keyfiyyətli hüquqi məsləhətlərlə təmin olunurlar. Qeyd edək ki, adı çəkilən xidmətlər tam ödənişsiz həyata keçirilir.

“Qaynar xətt”
408-30-17


Hüquq pozuntuları ilə bağlı ərizə və şikayətlərlə qaynar xətt xidmətinə müraciət edə bilərsiniz. Qaynar xəttə daxil olmuş müraciətlər Beynəlxalq İşçi Qrupunun hüquqşünasları tərəfindən araşdırılır, bununla bağlı müvafiq qurumlara müraciət edilir, müraciət etmiş vətəndaşın hüquqlarının bərpa olunması istiqamətində işlər aparılır və hüquq pozuntusu aradan qaldırılanadək işin gedişinə nəzarət olunur.

“Hüquqi məsləhət mərkəzi”
408-30-27


Hüquqi məsləhətə ehtiyyacınız varsa “Hüquqi Məsləhət Mərkəzi”nə müraciət edərək pulsuz hüquqi məsləhət ala bilərsiz. Beynəlxalq İşçi Qrupunun ekspert və hüquqşünasları sizin müraciətinizlə bağlı sizləri keyfiyyətli hüquqi məsləhətlə təmin edəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO