ABŞ Bəşşar Əsəd rejiminə qarşı təzyiqin gücləndirilməsi imkanını nəzərdən keçirir

ABŞ Prezidenti Barak Obama bəyan edib ki, ölkə hakimiyyəti Suriya dövlət başçısı Bəşşar Əsəd rejiminə qarşı təzyiqin gücləndirilməsi üzrə tədbirləri nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti “Frans Press” agentliyinə istinadən xəbər verir.

B. Obama İordaniya Kralı II Abdullah ilə görüş zamanı bildirib: “Biz bu məsələni qısa müddət ərzində həll edəcəyimizi gözləmirik, bununla belə, Suriyada humanitar vəziyyəti yaxşılaşdırmaq üçün dərhal zəruri addımlar atılmalıdır”.

Qeyd edək ki, 2011-ci ilin mart ayında Suriyada başlayan münaqişə artıq 100 mindən çox insanın həyatına son qoyub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO