Siyavuş Novruzov Fazil Mustafanın “Adamyeyənlər ” yazısını tənqid edib

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında həmkarı Fazil Mustafanı antitürk mövqeyindən çıxış etməkdə ittiham edilən yazıçı Əkrəm Əylisli ilə eyniləşdirib.

Trend-in məlumatına görə, millət vəkilinin hiddətinə səbəb həmkarının bir neçə gün əvvəl “facebook” səhifəsində və mətbuatda gedən “Adamyeyənlər” yazısı olub.

O, qeyd edib ki, bir çoxları bu gün məhz Ə.Əylisli yolunu tutur: “Bu gün də artıq deputat həmkarımız onunla bir mövqedən çıxış edir. Bu da təsadüfi deyil. Çünki onlar bir yerdə oturub-durublar. Axı səni narazı salan nədir? Ölkədə bu qədər işlər görülür. Bunları necə görməmək olar? Həmin yazıda idmançıları hədəf götürürsən, qeyd edirsən ki, milli komandalarımızın əksəriyyəti legionerlərdən ibarətdir. Bu gün təriflədiyin Fransanın komandasını götürək. Əgər orada 2 dənə ağ adamdan savayı ağdərili tapsan, mənə nə deyirsən, de. Hamısı başqa yerlərdən gələnlərdir. Və yaxud yolboyu divarların çəkilməsindən narazılığını bildirirsən. Bu təkcə bizdə deyil, dünyanın hər yerində belədir. Bu insanların təhlükəsizliyinin təmin edilməsi üçün edilir. Burada nə var ki? Məktəbləri hədəf götürürsən. İldən-ilə gözəlləşən, sayı artan məktəblərlə bağlı narazılığını bildirirsən. Fikrini də əsaslandırmaq üçün hansısa məktəbdə su şırnağının olmamasını bildirirsən. Bu cür mövqe olmaz. Bu mövqeni heç cür qəbul etmək olmaz”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO