Ombudsman Aparatından bildirmişlər ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Uşaq ili çərçivəsində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə aparatının regional mərkəzlərinin əməkdaşları üçün ikigünlük təlim kursu təşkil etmişdir.
Təlim kursuna Ombudsman Aparatının Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin nümayəndələri, ekspertlər qismində isə YUNİSEF-in, Uşaq Hüquqları Klinikasının, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin təmsilçiləri qatılmışlar.
Elmira Süleymanova və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mohamed Bendris Alami təlim kursunun uşaq hüquqlarının müdafiəsi, təbliği sahələrində hüquqi biliklərin artırılması məqsədini daşıdığını vurğulamışlar.
M.B.Alami insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin fəaliyyətini yüksək qiymətləndirmiş, onun təcrübəsindən yararlanmağın faydalı olduğunu söyləmişdir.