Ukraynalı qadın uzunömürlülük rekordunu yenilədi – 117 yaş

Ukraynanın İvano-Frankovsk vilayətinin sakini Yekaterina Kozak uzunömürlülük rekordunu təzələyib.

Trend-in məlumatına görə, 1897-ci il fevralın 14-də anadan olmuş Y.Kozakın bu gün 117 yaşı tamam olub. Qadının yaşı 2 il əvvəl Milli Rekordlar Reyestrində qeydiyyata alınıb. Həmin vaxt onun 115 yaşı var idi. İndi isə Y.Kozak dünya rekordçusu adını qazanıb. Bu, hələ qeyri-rəsmi nailiyyətdir.

Reyestrin əməkdaşı bildirib ki, Ginnesin Rekordlar Kitabında qeydiyyata alınmış 115 yaşlı yaponiyalı Misavo Okava öldükdən sonra Y. Kozak planetin ən yaşlı sakini oldu: “Bunu isbat etmək mümkün olsa, o, rəsmən dünyanın ən yaşlı sakini sayılacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO