Azərbaycanda İKT sahəsində müstəqil tənzimləyici orqan yaradılır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ilin sonunadək telekommunikasiya sahəsində müstəqil tənzimləyici orqanın işini təşkil etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə nazir Əli Abbasov bildirib.

Onun sözlərinə görə, işlərin nazirlikdəki ümumi islahatlar çərçivəsində həyata keçirilməsi planlaşdırılır: “Hazırda nazirlik yanında Tənzimləyici Departament fəaliyyət göstərir. Biz onun öz nizamnaməsi ilə müstəqil fəaliyyət göstərməsini və bazardakı tənzimləmə məsələlərində nazirlikdən maksimum az asılı olmasını istəyirik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO