Moldova xalq artistinin adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər ” siyahısından çıxarıldı

Moldovanın xalq artisti Konstantin Moskoviçin adı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb.

Trend-in məlumatına görə, artıq K.Moskoviçin adı Azərbaycan XİN-in saytında yerləşdirilmiş “arzuolunmaz şəxslər” siyahısında yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Moldova Respublikasının vətəndaşı K.Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət etmişdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO