Oktyabrın 15-də keçiriləcək prezident seçkilərinin təşkili məqsədilə dövlət büdcəsindən 23 milyon 500 min manat vəsait ayrılıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimov məlumat verib. Onun sözlərinə görə, həmin vəsait artıq MSK-nın hesabına köçürülüb. Bu maliyyə vəsaiti seçki kampaniyasının təşkili, seçki komissiyalarının üzvlərinin maaşları, seçkilərə çağırış plakatlarının, reklam roliklərinin hazırlanması, texniki vəsait və digər məsələlərə sərf olunacaq.