Türkiyədə özəl təhsil müəssisələrinin bağlanması haqqında qanun layihəsi parlamentə təqdim edilib

Özəl təhsil müəssisələrinin və ali məktəblərə daxil olmağa hazırlıq üzrə özəl kursların bağlanması haqqında qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü “Anadolu” agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, qanun layihəsi ölkənin Təhsil Nazirliyi tərəfindən hazırlanıb.

Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan özəl təhsil müəssisələrinin bağlanması haqqında bəyanatla çıxış etmişdi.

Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, 2013-cü ildə il ərzində Türkiyədə 3 640 özəl təhsil müəssisəsi fəaliyyət göstərib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO