Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 12-də Azərbaycana ilk rəsmi səfərini edəcək. Bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
İkigünlük səfər çərçivəsində Georgi Marqvelaşvilinin Azərbaycan rəhbərliyi, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri dekabrın sonuna nəzərdə tutulmuşdu. Lakin sonra səfər ertələnmişdi.