DİN Bakıda binanın uçması ilə bağlı rəsmi məlumat yayıb

Nərimanov rayonu ərazisində binanın bir hissəsinin uçması nəticəsində iki nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu A.Nemətulla küçəsi ev 68/27-də sökülməkdə olan binanın bir hissəsi uçaraq yolun hərəkət hissəsinə tökülüb.

Bu zaman həmin ərazidə hərəkətdə olan Abşeron rayon sakini Mehman Məhərrəmovun idarə etdiyi “Ford”, Bakı şəhər sakinləri Kamran Hüseynlinin idarə etdiyi “Opel”, Məftun Süleymanovun idarə etdiyi “Hyundai”, Sahib Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər əzilib, “Mitsubshi” markalı avtomobili idarə edən Cavid Bayramlı və sərnişini Asiman Əkbərov hadisə yerində ölüblər.

Nərimanov rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO