Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Tovuz istiqamətində erməni hərbçilərin həmləsinin qarşısı alınarkən erməni silahlı birləşmələrinin bir hərbi avtomobili sıradan çıxarılıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, son günlər cəbhə xəttində gərgin vəziyyət müşahidə edilir. Erməni hərbçilər son 4 gündə atəşkəs rejimini təxminən 380 dəfə pozublar.