Ermənilərin Xocalıda törətdikləri qanlı hadisələr cəzasız qalmamalıdır

“Ermənilərin Xocalıda törətdikləri qanlı hadisələr cəzasız qalmamalıdır”. Bu sözləri “Bakı – İslam mədəniyyətinin paytaxtı–2009” Mədəniyyət ilinin açılışı münasibətilə Azərbaycana gəlmiş İSESKO–nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri demişdir.

İSESKO–nun baş direktoru vurğulamışdır ki, bütün beynəlxalq qurumlar belə faciələri törədənlərə qarşı sərt qərarlar qəbul etməli və onlar beynəlxalq hüquq prinsiplərini əsas tutaraq işğal olunmuş torpaqların azad edilməsinə səy göstərməlidirlər.

“Biz İSESKO olaraq Azərbaycan torpaqlarının işğalını qəti şəkildə pisləyirik. İnanırıq ki, işğal olunmuş Azərbaycan torpaqları yaxın vaxtlarda azad ediləcəkdir”.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO