İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin görüşü olub

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqronun Prezidenti Filip Vuyanoviçin görüşü olmuşdur.
Monteneqronun Prezidenti Filip Vuyanoviç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Dövlətimizin başçısı öz növbəsində Filip Vuyanoviçi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, həyata keçirilən birgə layihələrin əhəmiyyəti qeyd olundu. Həmçinin görüşdə dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin önəmi vurğulandı, bu layihənin ölkələrimiz və region üçün böyük əhəmiyyət daşıdığı qeyd olundu.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO