[thumb=left]http://humanrights-jwg.org/az/uploads/posts/1379392328_lham_aliyev_040512.jpg[/thumb
Azərbaycan Prezidenti İlham Əliyev Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.