Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskası qəbul edib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Nazir ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. Səfir Arturas Jurauskas öz növbəsində ölkəmizdə çalışdığı müddət ərzində ona yaradılmış şəraitdən məmnunluğunu bildirib.