İran Parlamentinin təhlükəsizlik komissiyasının üzvləri Azərbaycana səfərə gəlir

İran İslam Şurası Məclisinin (Parlamentinin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri Cavad Cahangirzadə, Əhməd Şuhani və İbrahim Ağaməhəmmədi sentyabrın 23-də Azərbaycana səfər edəcək.
Bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni bazar günü deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.
Hüseyninin sözlərinə görə, Parlamentin nümayəndələri Azərbaycanda həmkarları ilə görüşəcək və iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə edəcəklər.
O, deyib ki, iranlı nümayəndələr Parlamentin spikeri Əli Laricaninin xüsusi mesajını Azərbaycan Parlamentinin spikeri Oktay Əsədova çatdıracaqlar.
Hüseyni həmçinin, qeyd edib ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri sentyabrın 25-də Azərbaycandan Gürcüstana səfər edəcəklər.
Onların Gürcüstanda da bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO