Azərbaycan Britaniya ilə güclü və dərin əlaqələri olan ölkədir. Trend-in məlumatına görə, bu barədə Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri İrfan Siddıq Britaniya Səfirliyinin facebook səhifəsində yerləşdirilən video mesajında bildirib.
Səfir qeyd edib ki, Azərbaycan vacib və dinamik ölkədir:
“Mən buraya gəlməyimdən və bu işi üzərimə götürməyimdən olduqca məmnunam. Mən bu əlaqələri daha da inkişaf etdirməkdə və yeni mərhələyə götürməkdə maraqlıyam. Bu geosiyasi məsələlərdə, siyasi əlqaələri genişləndirmək, hal-hazırda yükəsk səviyyədə olan ticari-iqtisadi əlqələrimizi daha da artırmaq, enerji sahəsindəki əməkdaşlığımız dərinləşdirmək, təhsil, turizm və mədəniyyət sahələrində vətəndaşlarımız arasında olan əlaqələri artırmaq, həmçinin demokratiya və insan haqqları sahəsində açıq müzakirə aparmaqdan ibarətdir”.
Səfir İ. Siddıq qeyd edib ki, Britaniya və Azərbaycan bir çox sahələrdə maraqlı və dəyərləri bölüşən tərəfdarlardır.
“Mən öz missiyamı bizim güclü tərəfdaşlığımızı davam etdirməkdə və qarşılıqlı mənfəətlər əldə etmək üçün çalışmaqda görürəm. Mən Azərbaycanda yaşayıb işləməyə, ölkəni və onun insanlarını tanımağa və onun zəngin mədəniyyətindən və tarixindən zövq almağa ümid edirəm.