Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının dəniz təhlükəsizliyini təmin edən orqanlar öz fəaliyyətində “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın müddəalarını rəhbər tutmalıdırlar.
Nazirlər Kabinetinə həmin strategiyanın müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və bu barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.