Rusiya və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə növbəti iclas gələn il Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin dövlət sərhədlərin demarkasiya və delimitasiyası üzrə xüsusi nümayəndəsi İqor Bradçikov bildirib.
O bildirib ki, demarkasiya üzrə işlər uğurla gedir. Bir müddət əvvəl Azərbaycan nümayəndə heyəti Moskvada olub və orada demarkasiya üzrə bütün məsələlər müzakirə edilib.
Növbəti il biz yerlərdə konkret işlərə başlaya biləcəyik.