Bu gün Azərbaycanda prezidentliyə nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinin son günüdür.
Trend-in məlumatına görə, sənədlər bu gün saat 18.00-a kimi MSK-ya təqdim oluna bilər.
Qeyd edək ki, namizədlər seçki sənədlərini avqustun 20-dən etibarən təqdim etməyə başlayıblar.
Artıq oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin və Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, bu gün səhər saatlarına qədər 21 nəfərin prezidentliyə namizədliyi təsdiq olunub.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.