Prezident İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfərini başa çatdıraraq Cəlilabad rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoydu.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, burada yenidənqurma işlərinə bu ilin mayında başlanılmışdır. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılmışdır. Ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunmuşdur. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılmış, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Parkın ətrafında yerləşən bütün binalar təmir edilmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO