“Mənim Xocalım” beynəlxalq fotomüsabiqəsinə start verilib

“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində “Mənim Xocalım” adlı fotomüsabiqəyə start verilib.
Bu barədə Trend-ə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu və “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasının əlaqələndiricisi Sevinc İsgəndərova məlumat verib.
Müsabiqədə iştirak etmək istəyənlər bu ilin 5 oktyabr tarixinə qədər özlərinin müəllifi olduğu foto-xəbəri və ya Xocalı faciəsi ilə bağlı öz humanist hisslərini əks etdirən kiçik həcmli mesajını müsabiqənin [email protected] еlektron ünvanına yollaya bilərlər. Bir müddət sonra isə kampaniyanın saytında 10 ən yaxşı şəkil göstərilməklə münsiflər heyətinin açıq səsverməsi qaydası ilə 3 qalib müəyyənləşdiriləcək.
1-ci yer tutan iştirakçı bu ilin oktyabr ayında Avropanın aparıcı ölkələrindən birinin paytaxtında keçirilən beynəlxalq fotomüsabiqədə iştirak etmək hüququ əldə edəcək. Qalan qaliblər isə xüsusi mükafatlarla təltif olunacaqlar. Əlavə məlumat əldə etmək üçün kampaniyanın saytına www.justiceforkhojaly.org daxil olmaq olar. Əlavə suallar yaranacağı təqdirdə kampaniyanın Facebook və ya [email protected] elektron ünvanına yazmaq olar.
Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO