Rusiya Prezidenti Vladimir Putin Moskvada erməni həmkarı Serj Sarkisyanla görüşəcək, əsasən, Gömrük Birliyi və Rusiya, Belarus və Qazaxıstanın Vahid İqtisadi məkanı ilə Ermənistanın qarşılıqlı fəaliyyətini müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi RF Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Daha əvvəl məlumat verilirdi ki, prezidentlər çərşənbə axşamı Moskvada siyasət, ticarət-iqtisadiyyat, energetika və humanitar sahələrdə qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.
Uşakov əlavə edib: “Görüşdə MDB məkanında inteqrasiya proseslərinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımlar da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərinin də müzakirə olunacağı gözlənilir”