Son qiymətləndirmə ölkənin demokratik inkişafı üçün əsas sahələrdən olan seçkilər sahəsində Azərbaycanın beynəlxalq öhdəlikləri yerinə yetirməsi nöqteyi-nəzərindən əldə etdiyi irəliləyişi nümayiş etdirəcək. Aİ-nın Bakı Ofisindən Trend-ə verilən məlumata görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Roland Kobia bəyan edib.
Məlumatda deyilir ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia Azərbaycan höküməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün seçki müşahidə missiyasının gəlməsinə dair razılığı alqışlayır.
Müşahidə missiyasının çoxsaylı, professional və balanslaşdırılmış tərkibi və öz vəzifəsini yerinə yetirmək üçün maneəsiz iş mühiti missiyanın DTİHB-nin ümumi mandatı əsasında uğuru üçün əsas təşkil etməlidir. Bu digər yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçiriləcək seçkilərin hazırkı mərhələsinə beynəlxalq legitimlik əlavə edəcək.
Məlumatda deyilir: “Biz DTİHB-nin müşahidə missiyasına və ATƏT-ə tam dəstəyimizi bir daha vurğulayırıq”.