Prezident seçkilərində MDB-dən olan ilk müşahidəçilər Azərbaycana sentyabrın ortasında gələcəklər


Prezident seçkilərində MDB-dən olan ilk müşahidəçilər Azərbaycana sentyabrın ortasında gələcəklər

Azərbaycanda prezident seçkiləri zamanı müşahidəçilərin uzunmüddətli missiyasından olan ilk müşahidəçilər sentyabrın ortasından ölkəyə gələcəklər. Bu barədə Trend-ə təşkilatın İçraçı katibliyindən bildirilib.
Katiblikdən vurğulanıb: “Bakıda missiyanın işi üçün Azərbaycan prezident seçkilərində MDB missiyasının qərargahının açılması planlaşdırılır. Qərargahın açılışında MDB İcraiyyə Komitəsinin sədrinin birinci müavini Vladimir Qarkunin iştirak edəcəyi planlaşdırılır”.
Azərbaycanda prezident seçkilərinin keçirilməsi oktyabrın doqquzuna təyin edilib.
Missiya qərargahının rəhbəri Yevqeni Sloboda olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO