Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini İranda səfərdədir


Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini İranda səfərdədir

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov İranda səfərdədir.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, N. Səfərov avqustun 24-də axşam saatlarında Ərdəbil Ticarət Palatasında keçirilən tədbirə qatılaraq çıxış edib: “Biz Azərbaycanla İran arasında əlaqələrin inkişaf etdirilməsindən və Ərdəbil kimi qonşu vilayətlərlə sərhəd ticarəti həyata keçirməkdən məmnunuq. Bu istiqamətdə Ərdəbil Ticarət Palatasının rəsmilərinin təkliflərinə də açığıq”.

Nazir müavini deyib ki, azərbaycanlı iş adamlarının istədikləri malları əldə etmək üçün İranın bütün fabriklərini gəzmələri əvəzinə, əmtəə seçimi üçün hansısa ticarət mərkəzinə getmələri və istədiklərini daha asan əldə etmələri daha yaxşı olacaq.

O, Bakıda İran Ticarət Mərkəzinin yaradılması təklifini azərbaycanlı iş adamlarının yaxşı və keyfiyyətli mallar əldə edə bilmələri üçün gözəl fürsət kimi qiymətləndirib: “Biz iranlı iş adamlarının əməkdaşlığı ilə Bakıda İran Ticarət Mərkəzinin fəaliyyətə başlaması və bu mərkəzin işinin gücləndirilməsinə tam hazırıq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO