d /
23 avqust 2013-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə fonddan Trend-ə daxil olan məlumatda bildirilir
Hərracda 1 investor iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 9 947 000 manat təşkil etmişdir.
Sifariş 100,4833 % qiymətdə təqdim edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 000 000 manat məbləğində müəyyən edilib.
İstiqraz vərəqələrinin ödəmə tarixi 06 noyabr 2022-ci ildir.